Bu şəxslər övladlığa uşaq götürə bilməyəcək

Bu şəxslər övladlığa uşaq götürə bilməyəcək
Azərbaycanda ailə münasibətləri əleyhinə ağır cinayət törədən şəxslər övladlığa uşaq götürə bilməyəcək.

APA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.1.6-cı bənd əlavə edilməsi təklif olunur.
Yeni bəndə əsasən, məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət tətbiqinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər övladlığa uşaq götürə bilməzlər.

Məcəlləyə dəyişikliklər 2019-cu il noyabrın 1-dən tətbiq ediləcək.
Ailə Məcəlləsinə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az