Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iyunun 18-də Parisdə görüşəcəklər.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazirin sözlərinə görə, cəbhə xəttində insanların ölməsi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mənfi təsir edir:
"Münaqişə həll edilməyənədək belə insidentlər, təəssüf ki, davam edəcək, buna görə də biz Ermənistanı böyük sülh sazişi üzərində işləməyə başlamağa çağırırıq", - Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, Parisdə görüşdə Azərbaycan Ermənistan tərəfinə başa salmağa çalışacaq ki, bundan sonra da status-kvonun saxlanması qəbuledilməzdir.
Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ dövlət katibi Hillari Klintonla danışıqların da əsas mövzusu olacaq:
"Biz həmişə başa düşmüşük ki, bu mövzu olduqca həssasdır və həm beynəlxalq vasitəçilər, həm də münaqişə tərəfləri uzanan münaqişədən çıxış yolu tapmalıdır", - nazir vurğulayıb.
Məmmədyarovun sözlərinə görə, Azərbaycan Ukraynanın gələcəkdə ATƏT-ə həmsədrliyinə böyük ümidlər bəsləyir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR