Yeni Cənubi Uels ştatının Qanunvericilik Şurasının qəbul etdiyi qətnaməyə sabah rəsmi mövqe bildiriləcək
Bu gün Avstraliyanın Yeni Cənubi Uels ştatının Qanunvericilik Şurası “Dağlıq Qarabağ Respublikasının” (DQR) tanınması və Qarabağ xalqının öz müqəddəratını təyinetməsi hüququ ilə bağlı qətnamə qəbul edib.
"Vətəninfo.az"-ın "AzNews.az"-a istinadən verdiyi məlumatına görə, Qanunvericilik Şurasının üzvü Mari Fikarra tərəfindən irəli sürülən bu təşəbbüs yekdilliklə qəbul olunub. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev isə AzNews.az-a bildirib ki, oktyabrın 26-da sözügedən məsələ ilə bağlı rəsmi Bakının rəsmi mövqeyi olacaq.
Qeyd edək ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının qanunvericilik orqanı bu qətnaməni qəbul edərək yerli hökumətin separatçı “DQR” rejiminin müstəqilliyini rəsmi şəkildə tanımağa, həmçinin “Dağlıq Qarabağ” və “DQR vətəndaşları” ilə münasibətləri gücləndirməyə çağırıb, “Dağlıq Qarabağ Respublikasına” humanitar və iqtisadi dəstəyin davam etdirilməsini zəruri sayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR