2014-cü ilin yayında Dağlıq Qarabağda girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin apelasiya şikayətinə baxılıb. Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, ömürlük həbs cəzası alan Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilən Şahbaz Quliyev hökmlərindən şikayət versə də, qondarma “Dağlıq Qarabağ Ali Məhkəməsi” Azərbaycan vətəndaşlarının şikayətini təmin etməyib və onlara çıxarılan hökmü qüvvədə saxlayıb.
Dilqəm Əsəgrovun “vəkili” Erik Beqlaryan isə müdafiə etdiyi şəxsin əfv olunması üçün “Dağlıq Qarabağın prezidenti” Bako Saakyana müraciət edə biləcəyini deyib.
“Ola bilsin ki, hüquqlarını qoruduğum şəxs “Dağlıq Qarabağ prezidentinə” əfv üçün müraciət edəcək. O, (Dilqəm Əsgərov) mənə dedi ki, qərarını bir müddət sonra açıqlayacaq”.
Azərbaycan vətəndaşları üzərində qondarma “Dağlıq Qarabağ Ali məhkəməsi”nin keçirdiyi “məhkəmə prosesində” çəkilən kadrlar
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR