Əkrəm Abdullayev: “Bank sektorunda çalışıram, yenidən siyasətə qayıtmaq niyyətim yoxdur”
Editor.az sabiq millət vəkillərini oxucularla görüşə gətirir. Portalımız vasitəsilə oxucular keçmiş deputatların hazırda nə işlə məşğul olmalarına aydınlıq gətirəcəklər.
Saytın növbəti qonağı 59 saylı Salyan seçki dairəsini parlamentdə təmsil etmiş sabiq millət vəkili, “AGBank”ın administrativ departamentin direktoru Əkrəm Abdullayevdir.
Xatırladaq ki, Əkrəm Abdullayev deputat seçilənə qədər ictimai fəaliyyətlə məşğul olub və Gənclər Təşkilatları Milli Şurasına rəhbərlik edib.
Hazırda iqtisadi sahədə çalışdığını deyən sabiq millət vəkili Əkrəm Abdullayev bildirdi ki, artıq bu sahəyə tam adaptasiya olunub və işindən məmnundur:“Hazırda bank sektorunda çalışram. “AGBank”ın mərkəzi aparatının rəhbəriyəm. Bu müddət ərzində bu sahəyə adaptasiya oluna bilmişəm və işimdən hər hansı narazılığım, gileyim də yoxdur”.
Hazırda siyasi fəaliyyətlə məşğul olmadığını deyən Əkrəm Abdullayev nə zamansa yenidən deputat olmaq niyyətində olmadığını da söylədi: “Deputat olmaq istəmirəm. İctimai-siyasi fəaliyyətə ümumiyyətlə geri dönmək fikrim yoxdur. Bu artıq keçmişdə qalıb. Uzun illər bu sahədə fəaliyyət göstərib, ciddi təcrübə qazansaq da, hazırda iqtisadi sektorda çalışmağı daha üstün tuturam”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?