Kopenhagendə “erməni soyqırımı” abidəsinin ucaldılmasının qarşısı alınıb
Danimarkanın paytaxtı Kopenhagendə erməni diasporunun qondarma soyqırımı ilə bağlı abidə ucaltmaq planlarının qarşısı alınıb. Danimarkadakı Azərbaycan və Türk diasporunun bu barədə məlumat əldə etdikdən sonra abidənin qoyulmasına qarşı başladığı etiraz tədbirləri öz nəticəsini verib. Danimarka Vətən Cəmiyyəti, Skandinaviya Türk Federasiyası, həmçinin Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönməzin birgə fəaliyyəti nəticəsində yerli ictimaiyyət qondarma erməni soyqırımı barədə geniş məlumatlandırılıb.
Azərbaycan və Türk diasporu adından Danimarka Parlamentinə, Kopenhagen Bələdiyyəsinə etiraz məktubları göndərilib, erməni diasporunun abidə qoyulması planlarına qarşı mitinq keçirmək üçün yerli polis orqanlarına icazə üçün müraciət edilib. Türk və Azərbaycan icmalarının narahatlığı yerli mediada da geniş işıqlandırılıb.
Azərbaycan və Türk diasporunun etiraz tədbirlərindən sonra Kopenhagendə “erməni soyqırımı” abidəsinin qoyulması ilə bağlı işlər dayandırılıb.
Qeyd edək ki, Amerikadakı erməni diasporunun maliyyəsi ilə ucaldılması nəzərdə tutulan abidənin ermənilərin soyqırımı iddialarının 100-cü ildönümü ilə əlaqədar olaraq may ayında qoyulması planlaşdırılırdı.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR