“Ucar rayon Polis İdarəsinin qarşısında aksiya keçirilməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və bu, uydurmadır”. Bunu Lent.az-a DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib. Onun sözlərinə görə, aksiya barədə hansısa şəxs “facebook” səhifəsində yazıb və bəzi mətbuat orqanları da bunu xəbər kimi təqdim ediblər: “Bu cür əsassız məlumatları yoxlamadan, dövlət qurumları ilə dəqiqləşdirmədən vermək doğru deyil”. Xatırladaq ki, dünən bəzi media orqanlarında Ucarda aksiya olması barədə məlumat yayılıb. Aksiyaya səbəb kimi Ucar rayon Polis İdarəsinin rəisi Tahir Quliyevin qohumu, Narkotik Ticarətinə qarşı Mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun sakinləri təhqir etməsi göstərilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR