Son vaxtlar müxtəlif sosial şəbəkələrdə Azərbaycanın rəsmi şəxslərinin adına saxta profillər yaradılıb. Bir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun adına da saxta profil açılıb. Ə.Həsənov mətbuata açıqlamasında həmin profilin ona məxsus olmadığını bildirib.
“Facebook” sosial şəbəkəsində profili yaradılan şəxslərdən biri də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovdur. Bu barədə APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bu profillərin saxta olduğunu qeyd edib: “Bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından da iki saxta profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Doğrudur, onların hər ikisi uzun müddət ərzində yenilənməsə də, bildiririk ki, həmin profillərin cənab nazirə heç bir aidiyyatı yoxdur”.
S.Gözəlov həmçinin vətəndaşların internet vasitəsi ilə nazir R.Usubova müraciət etməyin yollarını da izah edib: “Bir daha diqqətə çatdırırıq ki, respublikanın daxili işlər nazirinə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsi DİN-in internet saytıdır. Bu məqsədlə nazirliyin veb saytına daxil olaraq, “Vətəndaşların müraciətləri və qəbulu” bölməsinə keçid etmək lazımdır”.
Vətəninfo.az
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?