Hollandiyada İstehlakçılar Birliyinin verdiyi açıqlama əhalini dəhşətə gətirib. Açıqlamada deyilib ki, Rotterdam, Amsterdam, Utrecht, Groningen və breda şəhərlərində müxtəlif məkanlardan əldə olunan 49 çörəkarası dönərdə aparılan araşdırmalarda insan və heyvan nəcisinin bakteriyaları tapılıb. Bildirilib ki, immunitet sistemi zəif olan yaşlılar və hamilə qadınlar isə ümumiyyətlə dönər yeməsinlər.
Birliyin nümayəndəsi Babs van der Staak verdiyi açıqlamada qarşılaşdığı nəticənin onu da dəhşətə gətirdiyini deyib: “Ölkənin 5 ən böyük şəhərində xidmət göstərən dönər mərkəzlərindən aldığımız 49 çörəkarası dönərdə apardığımız araşdırma bizi də dəhşətə gətirib. Dönər nümunələrinin 5-də insan və heyvan nəcisinin bakteriyalarına və “Staphylococcus aureus” bakteriyasına rast gəldik. 29 nümunədə isə insan orqanizmi üçün təhlükəli olan digər bakteriyları aşkarladıq”.
Nümayəndə bildirib ki, birlik əldə olunmuş nəticələrlə bağlı müvafiq tədbirlər həyata keçirməyə başlayıb.
Sia.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR