Dollar yenidən bahalaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, avronun
məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1674-dən
1,1550-ə düşüb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə bahalaşıb. Ötən gün
1,0486 AZN-ə bərabər olan dollar artaraq 1,0492 manata qədər yüksəlib.
Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0186-dən 0,0185-ə kimi azalıb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi
məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN
səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0,
78 AZN idi.