Şirvanda partlayışda yaralanan qadınlardan biri də öldü

Şirvanda partlayışda yaralanan qadınlardan biri də öldü

Vətəninfo.az xəbər verir ki, bu barədə musavat.com-a məlumatlı mənbə xəbər verib.

Onun sözlərinə görə, partlayışda xəsarət alan 19 nəfərdən 13-ü ilk tibbi müdaxilənin ardından evlərinə buraxılsa da, 6 nəfərin stasionar qaydada müalicəsi davam edirdi və onlardan bir neçəsi Bakıya gətirlmişdi. Bu gün isə onlardan biri müalicə aldığı klinikada vəfat edib. Mərhum qadının ad-soyadını bir qədərdən sonra yazacağıq.

Qeyd edək ki, ağır xsarət alanlar aşağıdakılardır.

1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızı (yanıq xəsarəti)

1961-ci il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı (yanıq xəsarəti)

1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı (ağır vəziyyətdə reanimasiyadadır)

1964-cü il təvəllüdlü Vəliyeva Həlimə Ordu qızı (yanıq xəsarəti)

1960-cı il təvəllüdlü Rzayeva Şərqiyyə Ədalət qızı (yanıq xəsarəti)

1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı (yanıq xəsarəti).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az