Əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var

Əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Miq.Az-ın məlumatına görə, cəzaçəkmə müəssisəsindən 16 nəfər azadlığa buraxılıb.

Müəssisədən azadlığa buraxılan ən yaşlı məhkum 76 yaşı var.

Məhkumlara əfvə düşməsi ilə ərizəsini Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təqdim edib.

Ombudsman qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam yaşı 65-dən yuxarı 176 nəfərə şamil ediləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az