Son günlər ölkə prezidenti İlham Əliyevin bir sıra rayonların yerli icra hakimiyyəti başçılarını tutduqları vəzifədən azad etməsi, bir qismini digər rayonlara təyin etməsi ölkə ictimayyətinin diqqət mərkəzində qalmaqda davam edir. Mətbuatda dərc olnan məlumatlar içərisində yeri dəyişdiriləcək icra hakimiyyət başçıları sırasında Daşkəsənin icra başçısı, sabiq millət vəkili Əhəd Abıyevin də adı hallansa da, hələlik bununla bağlı elə bir qərar verilməyib. “Vətəninfo.az”a açıqlamasında Əhəd Abıyev bildirib ki, o yeni təyin olunub və prezident daha çox 5 il fəaliyyət göstərmiş icra hakimiyyəti başçıları ilə bağlı bu yer dəyişiklərini həyata keçirir. Ə.Abıyev yerli ica hakimiyyəti başçılarının əhali ilə münasibətlərin qurulmasınada toxunub. O bildirib ki, prezidentin yerdəki nümayəndələrinin birinci növbədə vəzifə borcudur ki, əhali ilə işin təşgilini həyata keçirsinlər: “Biz bu vəzifəyə təyin olunanda ölkə prezidenti cənab İlham Əliyev bizim qarşımıza qoyduğu birinci tapşırıq. əhali ilə işin təşgili və vətəndaşların qarşılaşdığı problemlərin həll olub. Ona görədə Daşkəsəndə əhali ilə münasibtələrim haqqında insanlar özləri danışa bilərlər”. “Yeni daşkəsən”layhəsinə gəlincə isə Ə.Abıyev deib ki, bu məsələ gündəmdədi və zamanı çatanda bu haqda məlumat veriləcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR