Bu adam Azərbaycanın xalq yazıçısı ola bilməz!!!
Əkrəm Əylislinin son romanı olan- “Daş yuxular”ında yer alan "Köpək uşağı qaçqınlar… 5-6 yeraz gədəsi…" fikirləri təhqir deyil, bəs nədir? Azərbaycan xalqına böyük şəxsiyyətlər yetişdirmiş bir bölgəsini-Qarabağı və onun ətraf rayonlarından qaçqın düşmüş insanını bu ifadələr alçaltmır, bəs nə edir? Qərbi Azərbaycandan yüzlərlə böyük şəxsiyyətlər yetişib. Bu bölgənin nümayəndələrinə "gədə" demək təhqir deyil, bəs nədir? Əkrəm Əylisli demək olar ki, üst-üstə milyonlarla insanı təhqir edib.
Bu gün isə Əkrəm Əylislinin mətbuata verdiyi açıqlamasını oxudum. Bu adam bütün müsahibə boyu özünün haqlı olduğunu və hətta "ermənilərin başını kəsdiyimizi" deyir...
Dünən və bu gün də Ermənistan mətbuatı Əkrəm Əylisliyə istinad ediblər. Ermənilər sevinir ki, "Azərbaycanın xalq yazıçısı ermənilərin başını kəsdiyini təsdiq edir".
Artıq mən Əkrəm Əylislini Azərbaycanın xalq yazıçısı hesab etmirəm!!! Məncə, onun bu statusu əlindən alınmalıdır!!! İstəmirəm, ermənilər yazsın:"Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR