“O, “İstiqlal” və “Şöhrət” ordenlərindən də məhrum edilməlidir”
Prezident İlham Əliyevin Əkrəm Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə sərəncamı xalqın, ictimaiyyətin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın iradəsindən irəli gələn addımdır. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib.
"Mənim münasibətim ilk gündən aydındır. Mən Əkrəm Əylislinin bu addımını qətiyyətlə pisləyirəm və hesab edirəm ki, "Daş yuxular" əsərini yazmaqla çox şərəfsiz, ləyaqətsiz, namussuz bir hərəkət edib. Əgər bu adam "Xalq yazıçısı" adını daşıyırsa, onu təhqir edirsə, burada bir məntiq yoxdur. Xalqı təhdir edən insan necə "Xalq yazıçısı" adını daşıya bilər?", - Əsgərov deyib.
Əsgərov Prezidentin sərəncamının tamamilə yerində verildiyini və bu addımı alqışladığını bildirib.
"Əkrəm Əylisli şərəfsiz, ləyaqətsiz, əbləhdir. Hesab edirəm ki, o, nəinki "Xalq yazıçısı" fəxri adı və Prezident təqaüdündən, hətta layiq olmadığı "İstiqlal" və "Şöhrət" ordenlərindən də məhrum edilməlidir", - Əsgərov deyib
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR