Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ailəsi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Türkiyədə mərhum prezidentin həkimlərilə görüşməsinə etiraz edib. Sabiq prezidentin qardaşı Almurad Əliyev "modern.az"a açıqlamasında Hafiz Hacıyevi reklam kampaniyasından əl çəkməyə çağıraraq, onun Türkiyədə Elçibəyin həkimlərilə görüşməsi haqda məlumatın yalan olduğunu deyib.
“Bu, Hafiz Hacıyevdir. Ondan hər şey gözləmək olar. Onun Türkiyədə həkimlərlə görüşməsi yalandır. Həkimlər onunla görüşməzlər. Sadəcə, bu, onun növbəti uydurmasıdır. Biz Hafizə sözümüzü demişik ki, əl çəksin bu işlərdən. Gözləyirik. Hafiz çabalasın, görək nə edəcək?”, - deyə A.Əliyev xəbərdarlıq edib.
Qeyd edək ki, Hafiz Hacıyev yanvarın 25-də Türkiyəyə gedib. Partiyadan “modern.az”a bildirilib ki, səfər zamanı o, Əbülfəz Elçibəyin həkimlərilə görüşərək, onu maraqlandıran məsələlərə aydınlıq gətirmək istəyib.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR