Bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetini yaradıldı. Ümumiyyətlə, belə universitet hansı zərurətdən yarandı və s. bu haqda suallarımızı KİV və PR texnologiya eksperti Əli Hacızadə cavablandırıb.
- Əli bəy, bu universitetin əhəmiyyəti haqda nə deyə bilərsiniz?
-Bu cür təhsil ocaqları istənilən ölkə üçün çox zəruri və əhəmiyyətlidir, Azərbaycan da bu qəbildən istisna deyil. Əgər biz inkişaf etmiş, müasir və güclü bir ölkədə yaşamaq istəyiriksə, informasiya texnologiyalarına onların ölkəmizdə inkişafına və yayılmasına çox böyük diqqət yetirməliyik.
- Sizə elə gəlmir ki, belə bir ali məktəb çoxdan yaradılmalı idi...
- Əlbətdə ki, 5 il bundan əvvəl yaradılsaydı, bu bizi daha da irəli sala bilərdi, amma yenə də o qədər də gec deyil.
- Univeristet ölkədə bu sahədə yaranan boşluğu doldura biləcəkmi?
- Bu təhsil ocağının boşluğu doldurub-doldurmayacağını indidən demək hələ çox tezdir, bunu zaman göstərəcək.
- Bəs, bu sahəni tədris edəcək istənilən səviyyədə kadrlar varmı?
- Bu sahə üzrə kadrlar mövcuddur. Amma deyə bilmərəm ki, onların sayı və onların arasında dərs demək istəyənlərin sayı kifayət qədərdir. Məncə, bura həm də xarici mütəxəssislər cəlb olunmalıdır, bu tədrisi daha da effektiv edər.
Elnur Eltürk
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?