“Bu vəzifəyə Məhərrəm Əliyev kimi təcrübəli bir generalın təyinatı da müsbət rol oynayacaq”
“Prezident Administrasiyasında baş verən struktur dəyişiklikləri kurasiya işinin effektivliyini artırmaq məqsədi daşıyır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri dünən prezidentin sərəncamı ilə Administrasiyada baş verən vəzifə dəyişikliklərini şərh edib.
Onun sözlərinə görə, Administrasiya rəhbəri Ramiz Mehdiyevə müavinlərin təyin olunması fəaliyyətin daha da gücləndirilməsi və görülən işlərdə koordinasiyanın, o cümlədən effektivliyin artırılması məqsədilə həyata keçirilib.
Ə.Həsənov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinə müdir təyinatına da şərh verib: “Bu şöbə əvvəlcədən də mövcud idi, lakin onun rəhbəri vəzifəsi vakant idi. Dövlət başçısının Məhərrəm Əliyevin bu vəzifəyə təyin olunması ilə qəbul etdiyi qərar sözü gedən sahə üzrə də fəaliyyətin güclənməsinə səbəb olacaq. Bu vəzifəyə Məhərrəm Əliyev kimi təcrübəli bir generalın təyinatı da burada müsbət rol oynayacaq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR