“Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik”
“Minlərlə azərbaycanlını qətlə yetirən, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən erməni gəncini bəşəri hislərin müdafiəçisi kimi, öz millətinin nümayəndəsini isə cılız xislətli, qatil bir şəxs kimi təqdim etmək hansı əqidəyə sığar?”
APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında çıxışı zamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, Ə.Əylislinin əməlinə hər hansı şəkildə haqq qazandırmaq olmaz: “Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik. Milli mənsubiyyəti olmayan bir şəxsin bəşəri hislərdən danışmağa haqqı yoxdur. Biz tolerant xalqıq. Əlbəttə, onu daş-qalaq etməməliyik. Çünki belələrini çox görmüşük. Orxan Pamuk bir cümləyə – ” türklər “erməni soyqırımı”nı tanımalıdır” fikrinə görə öz millətinin qınağına çevrildi və tərki-vətən olundu. Səndən xalqın və millətin imtina edirsə, o mükafatı almağa dəyərmi? Bir insanın milli hissindən yüksək heç nə ola bilməz. Azərbaycana internet vasitəsilə meydan oxumaq istəyən neçə-neçə dırnaqarası jurnalistlər, yazıçılar, siyasətçilər, sizcə, Əkrəm Əylisliyə niyə belə münasibət sərgiləyirlər? Düşünürlər ki, bəlkə gələcəkdə hakimiyyətə gəlmək üçün bu fikirlərinə görə onlara kimsə kömək edəcək? Ayıb olsun belələrinə”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?