“Mənim Rəsul Quliyevlə görüşüm olmayıb və bundan sonra da görüşmək niyyətim yoxdur. Ümumiyyətlə, R.Quliyevin Rusiyada olduğundan xəbərim belə yoxdur. Bu barədə yayılan məlumatlar tam yanlış və əsassızdır”.
Bunu AzNews.az-a eksklüziv müsahibəsində Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) barəsində yayılan məlumatlara münasibət bildirərkən deyib.
Hazırda Rusiyada işgüzar səfərdə olduğunu xatırladan Ə.Həsənov sözügedən səfərin Rusiyanın Prezident Administrasiyasının dəvəti ilə əvvəlcədən planlaşdırılmış səfər olduğunu bildirib. Onun sözlərinə görə, noyabrın 1-dək davam edəcək səfərin məqsədi Rusiya-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək, gələn il keçiriləcək regional forum və digər bu kimi ikitərəfli məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaqdan ibarətdir.
Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə də toxunan Ə.Həsənov deyib: “Hazırda Rusiya-Azərbaycan münasibətləri çox yaxşı inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə mövcud olan münasibətlər portnyorluq prinsiplərinə əsaslanır.
Hər iki tərəf bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir. Azərbaycan və Rusiya prezidentləri də bəyan edib ki, Rusiya və Azərbaycan münasibətlərinin inkişafı gələcəkdə də strateji istiqamətlərdə davam etdiriləcək”.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri