“Söyün Sadıqov Azərbaycan xalqını və dövlətini təmsil etmir”
Azərbaycanın Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov noyabrın 23-də Moskvada “Rusiya Erməniləri İttifaqı” Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və “AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının prezidenti Söyün Sadıqov arasında keçirilən görüşə münasibət bildirib.
PA-nin şöbə müdiri Ə.Həsənov AzNews.az-a eksklüziv açıqlamasında deyib ki, S.Sadıqov etnik baxımdan azərbaycanlı olsa da, amma Rusiyada anadan olub və bu ölkənin vətəndaşıdır.
Onun sözlərinə görə, S.Sadıqov Rusiyada Azərbaycan dövlətini və xalqını təmsil etmir və edə də bilməz: “Soyün Sadıqov Rusiya vətəndaşıdır, özünün burada təşkilatını yaradıb və Rusiya prezidenti yanında millətlərarası ictimai şurada müəyyən vəzifə daşıyır. O, Azərbaycan xalqını və dövlətini təmsil etmir. Ona görə də Azərbaycan dövləti olaraq bizim S.Sadıqovun fəaliyyətinə münasibət bildirməyimizin mənası yoxdur”.
Xatırladaq ki, noyabrın 23-də Moskvada “Rusiya Erməniləri İttifaqı” Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və “AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının prezidenti Söyün Sadıqov arasında görüş keçirilib. Danışıqların və geniş görüşün nəticəsi olaraq birgə bəyanat imzalanıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR