Ramiz Rövşən
Əlimdə son kibritim
Söndü sənin ahından.
Səni öpdüm, kiritdim,
Dedim: keç günahımdan.
Ay işığı bulaşdı
Gözlərinin yaşına.
Sən məni bağışladın
Bəlkə ay işığına.
Qaranlıqda oturduq
Biz üz-üzə, diz-dizə.
Nə mən sənə baxırdım,
Nə sən mənə...
Nə isə...
Bu gecəni varağa
Yazmaq olmaz-günahdı.
Bu gecə keçdi daha,
Aç gözünü, sabahdı.
Bir azca gecə qalıb
Gözlərinin içində.
O da uçub gedəcək,
Sən gözünü açanda.
Bu gecənin sirrini
Yuyacaq bu dəniz də.
Bizdən bu qumlar üstə,
Qalmayacaq bir iz də.
Balıqlar danışacaq
Bu sirri bir-birinə.
Balıqlar daşıyacaq
Bu sirri lap dərinə,
Lap dənizin dibinə...
...Balıq dili bilən yox,
Bu sirrin səsi çıxa.
Bu dəniz quruyanda
Sirrimiz üzə çıxa...
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR