Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana rəsmi səfərə yola düşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstanın yüksək rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, daha öncə Gürcüstan XİN-in mətbuat katibi David Kereselidze ənənəvi mətbuat konfransında bildirmişdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Tbilisiyə səfəri çərçivəsində iki ölkə arasında energetika və nəqliyyat sahələrində birgə layihələr müzakirə olunacaq.
Onun sözlərinə görə, ikigünlük səfər zamanı Elmar Məmmədyarovun Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir İrakli Qaribaşvili, XİN rəhbəri Tamar Beruçaşvili ilə görüşləri planlaşdırılıb.
D.Kereselidze qeyd etmişdi ki, Gürcüstan azərbaycanlı nazirin səfərinə xüsusui əhəmiyyət verir, bunu da iki ölkənin strateji əməkdaşlığı şərtləndirir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR