Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, son vaxtlar qalmaqallı videogörüntülər yaymaqla gündəmdə olan Elşad Abdullayev Bakıya gəlib. "Veteninfo.az"ın avrasiya.net-ə istinadən verdiyi xəbərə görə, Elşad Abdullayev dekabrın 3-də saat 12:50 radələrində Bakı Beynəlxalq Hava Limanında olub. Sabiq universitet rektoru hava limanından qara rəngli “Mercedes” markalı avtomobillə hava limanını tərk edib. Hazırda Elşad Abdullayevin Bakıda olduğu bildirilir. Elşad Abdullayevin sabiq millət vəkili Gülər Əhmədova, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev və digər məmurlarla bağlı yaydığı videogörüntülər və qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq mayoru Mahir Abdullayevin oğurlanması işi ilə bağlı dindirləcəyi bildirilir. Mənbənin məlumatına görə, Elşad Abdullayev öz razılığı ilə Bakıya gəlib və onun təhlükəsizliyinə tam təminat verilib.
Məlumatı hüquq mühafizə orqanları və digər əlaqədar qurumlarla dəqqiləşdirməyə çalışacağıq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR