Mayis Güləliyev: “Elşad Abdullayev bəlası xalqımızın bütövlükdə bəlasıdır”
“Elşad Abdullayevin dedikləri və göstərdikləri hamıya bəlli olan məsələdir. Yenilik ondan ibarətdir ki, o digərlərindən daha hiyləgər tərpənib bütün bu eybəcərlikləri lentə alıb”.
Bunu Vətəninfo.az-a Elşad Abdullayevin yaydığı videoları və ölkənin siyasi gündəmini şərh edən Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev bildirib.
M.Güləliyev deyib ki, Elşad Abdullayevin özu daha ağır qanunsuzluqlara yol verib.
“Minlərlə cavan insanı şikəst edib və mənəviyyatsızlaşdırıb. Təhsildə görünməmiş rüşvət və qanunsuzluq mühiti yaradıb. Onun bu dedikləri və yaydıqları hamıya bəlli olduğundan, ictimai faydalı deyil və ola da bilməz. Bəla bu hadisədən sui-istifadə edib özünə siyasi divident qazanmaq istəyənlərin boş və mənasız canfəşanlıqlarıdı. Bu insanlar bu problemin kökünü axtarmağa calışmalıdırlar. Onlar isə bunu hakimiyyətlə bağlayırlar”.
Yaşılların sədrinə görə, Elşad Abdullayev bəlası xalqımızın bütövlükdə bəlasıdır: “Belə ki, Azərbaycanda yaşayan insanların əksəriyyəti potensial Elşad Abdullayevdir. Ruşvət maşınında işləmək imkanı olan və rüşvət almaqdan imtina edən neçə nəfər göstərmək olar bu məmləkətdə? Bir, iki, üç nəfər. Bu bəla daha ciddi yanaşma tələb edir”.
Kənan
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR