Dünən ANS telekanalının "Xəbərçi" proqramının gedişində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev haqqında dələduzluq maddəsilə cinayət işinin açıldığı bildirilib.
Verilişin aparıcısı "Xəbərçi"dən sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərinin ANS-in qonağı olacağını və digər korrupsiya halları ilə bağlı aparılan işlərə aydınlıq gətiriləcəyini qeyd edib.
Lakin veriliş boyunca nədənsə aparıcının qeyd etdiyi məqam, yəni Elşad Abdullayev haqqında dələduzluq maddəsilə cinayət işinin açılması barədə bir kəlimə də olsun hər hansı fikir səsləndirilməyib.
Maraqlıdır, aparıcının əvvəlcədən səsləndirdiyi məqam niyə qeyd olunan müsahibədə efirdə getməyib? Adıçəkilən idarənin əməkdaşı korrupsiya ilə bağlı açıqlamalar versə də, Elşad Abdullayev məsələsinə toxunmayıb. Görünür hansısa qızıl əllər ANS-ə də təsir edə bildi ki, geniş müsahibədə belə bir məqam efirə verilmədi.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. Sultanov ola bilsin jurnalistin yanlışlığa yol verdiyini deyib.
Mətbuat xidmətinin rəhbəri eyni zamanda bildirilib ki, sözügedən məslə ilə bağlı hazırda Baş Prokurorluqda istintaq aparılır.
Kənan
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR