Vətəninfo.az xəbər verir ki, Türkmənistan prezidenti dünyanın istənilən siyasi lideri ilə at yarışmasından qalib çıxa bilər. Bunu onun yaxın ətrafı da təsdiq edir.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin ən yaxşı çaparı hesab olunur. Belə ki, prezident asudə vaxtlarında dünyada ən məşhur at cinsi hesab olunan Təkə Türkmən atı ilə müxtəlif gəzintilərə çıxmaqdan böyük zövq alır.
Xalq arasında “Arkadağ” (hamıya dayaq və arxa olan) kimi tanınan Qurbanqulu Berdıməhəmmədov əslən Göytəpə rayonundan olduğu üçün, həmin bölgədə Təkə Türkmən atlarına böyük bir sevgi var.
Türkmənlər arasında öz milli adətlərinə, eləcə də mənsub olduğu tayfanın vərdişlərinə əməl edən adama hər yerdə böyük hörmətlə yanaşıldığı üçün, Qurbanqulu Berdıməhəmmədov da bu fürsəti əldən qaçırmır. Türkmənlərin inancına görə, daim at belində olan igid heç vaxt xəstə olmaz. Onun övladları da hər zaman gümrah olar.
Prezidentin ətrafından Vətəninfo-ya daxil olan məlumatlara görə, 55 yaşlı Qurbanqulu Berdıməhəmmədovun orqanizmində heç bir xəstəlik əlamətləri yoxdur. Hər gün ən azından 4-5 saat at belində gəzən prezidentin gümrah qalmasının da sirri elə bundadır.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR