Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kəşfiyyatının (MİT) rəhbəri Hakan Fidanın istefaya getməsindən narazıdır. Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Milliyet" qəzeti dövlət başçısının sözlərinə istinadən məlumat yayıb. Ərdoğan bildirib ki, o, artıq Fidanın istefası ilə bağlı Baş nazirlə danışıb: “Mən Fidanın istefasını dəstəkləmirəm. Eyni zamanda, mənim Baş nazir Əhməd Davudoğlunun işinə müdaxilə etmək haqqım yoxdur". Türkiyədə kəşfiyyat rəhbərinin istefasını hökumət başçısı qəbul edir.
Qeyd edək ki, Hakan Fidan fevralın 7-də istefa verib. MİT rəhbəri Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək niyyəti ilə istefa verib. Hakan Fidan 2010-cu il mayın 25-də ölkə kəşfiyyatının rəhbəri təyin edilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR