Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə edamla hədələnib.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, Fətullah Gülənin “Hizmet” hərəkatına aid “Bugün” telekanalının redaktoru Tarık Toros Ruumınyanın keçmiş prezidenti Çauşevskinin sarayının qarşısında çəkdirdiyi şəkli facebookda paylaşaraq ölkə prezidentinə söz atıb. Bütün bunlar isə Türkiyənin sabiq baş naziri Adnan Menderesi edama aparan dövlət çevrilişinin baş verdiyi 27 may tarixində baş verib.
Toros Çauşevskinin tikdirdiyi bu sarayda heç yaşaya bilmədiyini vurğulayıb: “Bu, Çauşevskinin yaşaya bilmədiyi saraydır... Buxarestdə. Dünyanın ən heybətli üçüncü ictimai binasıdır. Tənqiddən sonra “özüm üçün tikdirmirəm, məndən sonrakılar qalacaq” demişdi. Həqiqətən elə oldu, başa çatmaq üzrə ikən edam olundu. Rumınca “Xalqın evi” qoyub adını, o dərəcə. Şəhər qəbiristanında arvadı ilə yan-yana yatır. Üstündən yol keçib, keçə il kənara köçürüblər. İbrətlik. Çənəm düşdü”.
Xatırladaq ki, Ərdoğan prezident seçildiyi zaman prezidentin rəsmi iqamətgahı olan “Çankaya” köşkünə getməmiş, vəzifələrini icra etmək üçün daha əvvəl tikdirdiyi “Ağ saray”ı seçmişdi. Ərdoğan kəskin tənqidlər qarşısında bu binanı özü üçün tikdirmədiyini, bunun Türkiyəyə qalacağını demişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR