"Dünən Avropanın ayrı-ayrı məkanlarında Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı ilə bağlı iki mühüm sənəd qəbul edildi. Bunlardan biri ATƏT –in Parlament Assambleyası (PA), digəri isə Almaniya hökuməti tərəfindən qəbul edilmiş sənədlərdir.
Sözün açığı, biz hazırki məqamda belə bir obyektiv və prinsipial sənədlərin qəbul ediləcəyini,ermənilərə ard-arda bu cür sərt Qarabağ şillələrinin vurulacağını gözləmirdik. Çünki son aylarda avropalı siyasətçilərdən Azərbaycana qarşı çox haqsızlıqların və təzyiqlərin şahidi olmuşduq. Amma Avropada Azərbaycanın haqq səsini eşidən və qiymətləndirən qüvvələr də az deyil. Dünən qəbul olunmuş qərarlar da məhz Azərbaycana obyektiv və səmimi münasibət bəsləyən konstruktiv qüvvələrininəməyinin, iradəsinin nəticəsidir.
ATƏT – in Parlament Assmbleyası (PA) iyulun 5 – 9 – da keçirilən
Helsinki sessiyasının nəticələri üzrə qəbul eydiyi yekun bəyannamədə
münaqişələr nəticəsində qaçqın və məcburi köçgün olmuş Azərbaycan,
Gürcüstan, Moldova və Ukrayna əhalisinintəhlükəsizliyin, şərəf və
ləyaqətə hörmətin təmin edilməsi şərtiilə evlərinə qayıtmasının onların
pozulmaz hüquqları olduğunu bir daha təsdiq edir. Bəyannamədə həmçinin
bu fəaliyyətlərin həyata keçirilməsi üçün lazımi şəraitlərin
yaradılmasının zəruriliyi vurğulanır.
Almaniya hökumətinin hesabatında Qarabağın işğalıyla bağlı
fikirlər isə xüsusilə diqqətə layiqdir. Belə ki, Almaniya Federativ
Respublikası (AFR) Ermənistani konkret olaraq işğalçı kimi tanıyıb. AFR
hökumətinin 11 – ci hesabatında açıq şəkildə bildirilir ki, Almaniyanın
Xarici İşlər Nazirliyi erməni tərəfini inadla təqdim etdiyi "Qarabağ
dövlət quruluşu” yox, Ermənistanın özü bilavasitə məsuliyyət daşıyır.
Mən istər ATƏT PA – nın, istərsə də Almaniya hökumətinin qəbul etdikləri sözügedən bəyannamə və hesabatı rəsmi İrəvana və " DQR” separatçılarına növbəti xəbərdarlıq kimi qəbul edirəm. Bu, həm də bütün ermənilərə bir gündə dalbadal vurulan iki Qarabağ şilləsidir. İndi ermənilərin bu qəfil şillədən sonra özlərini necə aparacaqları da çox maraqlıdır.
Zənnimcə, ermənilər bundan sonra bu cür şillələrə həmişə hazır
olsalar yaxşıdır. Çünki onlar işğalçı niyyətlərindən əl çəkmədikcə,
bundan sonra hələ çox şillələr yeyəcəklər”
DADP mətbuat xidməti