AŞPA-nın Strasburqda keçirilmiş qış sessiyasında Ermənistan nümayəndə heyətinin üzvü Azərbaycan torpaqlarını işğal etdiklərini təsdiqləyib.
Bunu jurnalistlərə Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Əli Hüseynli deyib. Ə.Hüseynli AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt sessiya zamanı çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, bu işğal nəticəsində bir milyondan çox insanın doğma torpaqlarından didərgin düşdüyünü bildirib. AzərTAc xəbər verir ki, çıxış zamanı Ermənistandan olan deputatlar və onların havadarları Pedro Aqramuntun sözünü kəsməyə çalışıblar. Ən maraqlısı isə o olmuşdur ki, ermənistanlı deputat çıxış edərək demişdir ki, səslənən rəqəmlər şişirdilib. İşğal olunmuş torpaqlar 20 deyil 14 faiz təşkil edir, qaçqın və məcburi köçkünlərin sayı isə 700 minə qədərdir.
P.Aqramunt isə dərhal onlara cavab olaraq bunun rəsmi etiraf olduğunu və bir daha həqiqətən də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin fakt olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb. Erməni deputatın etirafı təkcə özlərini deyil, havadarlarını da pis vəziyyətə salıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR