Ermənistanın Milli Təhlükəsizlik Partiyasının sədri, vaxtilə Azərbaycanda yaşamış və Dağlıq Qarabağda ermənilərin “Qarabağ” komitəsinin ilk rəhbəri olan İqor Muradyan Açıq Cəmiyyət Partiyasının hazırda ABŞ-da yaşayan lideri Rəsul Quliyevlə görüşüb.
APA-nın Ermənistanın Lragir.am saytına istinadən verdiyi məlumata görə, İ. Muradyan Rəsul Quliyevlə görüşünün təfərrüatını belə açıqlayıb: “Tanınmış Azərbaycan müxalifətçisi Rəsul Quliyevlə görüşümü xatırlayıram. Rəsul Quliyev Azərbaycan parlamentinin eks-spikeri, siyasi mühacir, legitim milyoner və Azərbaycanda bir çox müxalifət partiyalarını maliyyələşdirən şəxsdir. Görüş Vaşinqtonda, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda baş tutdu və onu həmin vaxt institutun direktoru vəzifəsində çalışan Çarlz Farbenks təşkil etmişdi. Bizə məlum idi ki, Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır. Bu dəfə o, həmin təşkilatlardan biri ilə görüşmək üçün Nyu-Yorkdan gəlmişdi”.
İ. Muradyan deyib ki, R. Quliyev ondan Azərbaycan hakimiyyəti və Heydər Əliyev haqqında rəyini soruşub, Muradyandan isə ölkəsinin siyasətinə uyğun cavab alıb: “Rəsul Quliyev mənim cavabımdan həyəcanlandı və xahiş etdi ki, dediklərimi başqa yerlərdə yaymayım, çünki özü bu fikirlərdən yararlanmaq istəyirdi. O mənə dedi ki, mənim dediklərim həmişə onun da düşüncəsi olub, ancaq belə lakonik formada ifadə edə bilməyib. Bilmirəm, o, bu tezisləri yaydı, yoxsa yox”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?