Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, Mingəçevir sakini Qurban Vahidov 1926-cı ildə ruslar tərəfindən tərtib edilən Cənubi Qafqaza aid xəritəni Azərbaycana gətirib. O, hazırda Mingəçevirdə olan bu tarixi sənədi Rusiyanın Voronej şəhərində əldə edib.
Xəritədə indi "Ermənistan" adlandırılan bir dövlətin ərazisində İrəvan, Dilican, Dərələyəz və Zəngəzur qəzalarının mövcud olduğu göstərilib. Göyçə gölü ermənilərin adlandlırdıqları kimi Sevan gölü deyil, öz tarixi adı ilə qeyd olunub. Xankəndi də öz tarixi adı ilə təqdim edilib. Xəritədə indiki Ermənistan respublikasının tarixi Azərbaycan torpaqlarında yaradıldığını sübut edən digər faktlar da əks olunub:
"O zaman Mehri rayonu yox idi. Naxçıvanla Azərbaycanın ərazisi bütöv bir sərhəd təşkil edirdi”, - deyə tarixçi Hilal Qarayev bildirib.
Qurban Vahidovun gətirdiyi bir əsrə yaxın yaşı olan xəritədə artıq çürümə prosesi başlayıb. Bu tarixi sənədin müəyyən hissələri qopub. Xəritəni müvafiq qurumlara təhvil verməyə hazırlaşan Qurban Vahidov onun yenidən bərpa edilməsini də vacib sayır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR