Türkiyə-Azərbaycan əlaqələrini heç bir qüvvə poza bilməz.
Bu sözləri Vətəninfo.az-a Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Fəraməz Üstün deyib.
“Bu gün Türkiyə-Azərbaycan əlaqələri elə bir səviyyədədir ki, hansısa güclərin bu əlaqə arasında problem yaratması mümkün deyil.
Cənubi Qafqazda iki qardaş ölkənin siyasi-iqtisadi və mədəni-sosial üstünlükləri var. Bu üstünlük artımla davam etməkdədir. Bölgədə həyata keçirilən ortaq layihələr əlaqələrə xüsusi önəm verməkdədir”, - deyən millət vəkili Ermənistanın bu proseslərdə kənarda qalmasının bu ölkənin siyasi uzaqgörənliyinin olmaması ilə əlaqələndirdi:
“Çox təəssüflər olsun ki, Ermənistan rəhbərliyi bölgədə cərəyan edən hadisələri düzgün qiymətləndirə bilmir. Ermənistanla Azərbaycan arasındakı gərginlik, xüsusilə də Qarabağın işğal altında saxlanması, onları inkişaf prosesindən kənarda qoyur. Bu isə ümumilikdə Ermənistana böyük mənfi təsir göstərir”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR