"Ermənistan PKK-ya necə kömək edir?
Vətəninfo.az Ölkə.az-a istinadən xəbər verir ki,
Türkiyə kəşfiyyat
orqanları ölkənin şərqində və cənubi-şərqində baş verənlərlə bağlı şok
məlumatlar əldə ediblər.
MİT-ə yaxın mənbənin türk
mətbuatına sızdırdığı məlumata görə, Ağrı, Kars-Kağızman, Iğdır,
Doğubayazıt, Ardahan, Göle ve Erzurumun bir hissəsində fəaliyyətini
artıran terror təşkilatı bu ərazilərdə "kanton bölgə" yaratmaq istəyir.
Terror hücumlarının və kütləvi iğtişaşların sayının artırılması yolu ilə
Türkiyəni xaosa sürükləyərək ölkənin şərqində və cənubi-şərqində
nəzarətsiz bölgə yaradılması, daha sonra terror təşkilatının siyasi
qolunu dövrəyə soxaraq ərazidə separatçı zona yaradılması
planlaşdırılır. Daha sonra Ermənistanla sərhəd zonasına nəzarəti ələ
keçirərək PKK terrorçularına silah təchizatı yolunu asanlaşdırmaq
nəzərdə tutulur.
MİT-in əldə etdiyi gizli məlumatlara əsasən,
bu xaos planının arxasında Ermənistan və ona dəstək verən qüvvələr
dayanır. Məlumatlara görə, Dağlıq Qarabağ ərazisində ASALA terrorçuları
ilə birgə təlimlər keçən PKK terrorçularının gizli yollarla Türkiyəyə
sızdırılmasına çalışılır. Hazırda Türkiyə Milli Təhlükəsizlik Şurasının
gündəliyində duran əsas məsələ qafqaz cəbhəsinin və Ermınistanla sərhəd
bölgənin mühafizəsini gücıəndirməkdir.
Məxfi mılumatlara görə
Şimali İraqdan Ankaranın diqqətini yayındırmaqn üçün Ermənistan və PKK
Ağrı, Kars-Kağızman, Iğdır, Doğubayazıt, Ardahan, Göle ve Erzurum
vilayətlərindəki hücumların sayını artırmağa hazırlaşırlar. Bunun üçün
Qəbdildən PKK-nın terrorçu liderlərindən Cəmil Bayıkın təlimatı ilə
Yusif Şek adlı terrorçu gizlincə Ağrıya gəlib. Xaos planını onun həyara
keçirəcəyi bildirilir.
Mənbə həmçinin xaos planınan həyata
keçirilməsində Ağrı bələdiyyə başçısı Sırrı Sakıkın və buradan millət
vəkili seçilmiş PKK-çı Leyla Zananın böyük rol oynayacaqları bildirilir.
Kəşfiyyat məlumatlarına əsasən Ermənistan və PKK "kanton bölgən"nin
(nəzarətsiz zonanın) yaradılmasından sonra separatçı rejimə Sırrı Sakık
və Leyla Zananı başçı təyin edəcək.
Mənbə bildirir ki,
hazırda MİT, DİN və türk ordusunun Baş qərargahı Ağrı, Kars-Kağızman,
Iğdır, Doğubayazıt, Ardahan, Göle ve Erzurum xəttindəki birliklərin
sayını artırmaqdadır. Əraziyə yeni kəşfiyyat qrupları göndərilir və
Ermənistanla sərhəd zonasına nəzarət gücləndirilir.