Ermənistanın baş prokuroru Gevorq Kostanyan Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirən rus hərbçi Yevgeni Permyakovun İrəvanda cəzalandırılacağını iddia edib. O, məsələnin detalları barədə yaxın vaxtlarda Gümrü sakinlərinə açıqlama verəcəyini deyib. Kostanyan erməni mətbuatına açıqlamasında, Permyakovun Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməsi üçün Rusiya ilə danışıqların aparıldığını da bildirib. Qeyd edək ki, yanvarın 14-də Ermənistana səfər edən rusiyalı vəkillər Yevgeni Permyakovun işinə Rusiyada baxılacağını açıqlayıblar. Lakin vəkillərin bu fikirlərindən sonra Gümrü və İrəvanda Rusiya əleyhinə etiraz aksiyaları başlayıb və Rusiya bayrağı təhqir edilib. Nümayişçilər hakimiyyətdən Rusiyanın Gümrüdəki hərbi bazasının ölkədən çıxarılmasını tələb ediblər.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR