Ermənistanın Xüsusi İstintaq Xidməti övladları qeyri-döyüş şəraitində həlak olmuş valideynlərə güc tətbiq edilməsi ilə bağlı qaldırılmış cinayət işinin bağlanmasına qərar verib.
APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə, istintaq xidməti polislərin davranışlarını qanuni hesab edib.
2010-cu ildə qeyri-döyüş şəraitində həlak olmuş Artur Qazaryanın anası İrina Qazaryan cinayət işinin bağlanmasına münasibət bildirərək deyib ki, bunu gözləyirdi: "Mən əvvəldən bilirdim ki, heç kimi cəzalandırmayacaqlar. Çünki bizdə dövlət yoxdur, ədalət yoxdur”.
Xatırladaq ki, bu il mayın 13-də qeyri-döyüş şəraitində ölmüş hərbi qulluqçuların valideynləri Ermənistan prezidentinin iqamətgahı qarşısında növbəti aksiya keçirməyə cəhd göstərərkən ciddi polis zorakılığı ilə üzləşib. Əsgər anaları dəfələrlə Prezident Administrasiyasının qarşısına toplaşmağa cəhd etsələr də, polis bu addımın qarşısını alıb. Polislər məlumat verib ki, Prezident Administrasiyasının qarşısına toplaşmaq bu il fevralın 11-dən qadağan edilib.
Vətəninfo.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”