Əsgər ölümlərinin qarşısını almaq üçün, birinci növbədə əliəyriliyə, rüşvətxorluğa yol verən vəzifəli şəxslər qanunun dili ilə sərt cəzalandırılmalıdırlar.
Bu sözləri “Vətəninfo.az” a hərbi ekspert Üzeyir Cəfərov orduda baş verən hadisələri şərh edərkən bildirdi.
“Yəni, istər Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti olsun, yaxud da ki, hər hansı güc struktutu, fərq etməz, əgər onların günahları ucbatından əsgər ölümləri baş verirsə, ən sərt formada cəza tətbiq edilməlidir. Bizdə bir əndrabadi iş üsulu tapıblar. Əsgər dünyasını dəyişir, hamı yaxasını kənara çəkib, deyir ki, araşdırma aparılır. Ay qardaş, nə araşdırma, nə filan, indiyə kimi bir araşdırmanın nəticəsi açıqlanıb ki, kimlərsə özünə nəticə çıxartsın? bir sözlə, bu sahəyə ictimai nəzarət artırılmalıdır ki, belə xoşagəlməz hadisələr baş verməsin”,-deyə hərbi ekspert qeyd etdi.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR