“Milli Məclisin kompüterlərində bir sıra aparıcı qəzetlərin saytlarına daxil olmaq mümkün deyil. “Youtube” da məhdudiyyətlər var. Bu nə ilə bağlıdır? Bunun araşdırılması vacibdir. Azərbaycanın müasir dövründə belə bir problemin olması qəribədir”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Etibar Hüseynov millət vəkillərinin kompüterlərində tətbiq olunan qadağalarla bağlı danışarkən deyib. E.Hüseynov parlament rəhbərliyinə sual edib ki, Milli Məclisin kompüterlərində deputatların “Youtube” və digər sosial şəbəkələrə, bir sıra saytlara girişi niyə məhdudlaşdırılıb.
E.Hüseynov onu da deyib ki, Milli Məclisin kompüterləri bərbad vəziyyətdədir:
“İnternetdə çox ciddi problemlər var. Bir məktubu yazmaq bir saata başa gəlir. Dünyanın bir sıra yerlərində əyləncə və tanışlıq saytları ilə bağlı məsuliyyətin nəzərdə tutulması normaldır. Bu məsələdə Milli Məclisin texniki işçilərinə məhdudiyyət qoyula bilər. Amma dünyanın hər yerində deputatlar sosial şəbəkələrdən, “Yootube”dan istifadə edirsə, bizdə də deputatlar bu imkanlardan istifadə edə bilər. Milli Məclisdə buna məhdudiyyət qoyulmamalıdır”.
Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə səsləndirilən iradlara cavab olaraq bildirib ki, qəzet saytlarının heç birinə məhdudiyyət yoxdur. Amma “Youtube”a və digər saytlara girişin məhdudlaşdırılması ilə bağlı məsələ araşdırılacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR