Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevin Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə münasibətləri son dərəcə kəskinləşib. E.Fətullayev Almaniyada insan hüquqlarının pozulması ilə bağlı hesabat açıqladıqdan sonra keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Almaniya XİN-i hesabatın təqdimatı ilə bağlı Brüsseldə keçirilən tədbir iştirakçılarına təzyiq göstərib. Hüquq müdafiəçisi həmçinin Almaniya fondlarının onunla əməkdaşlıqdan imtina etdiklərini və bu ölkənin Azərbaycandakı səfirliyinin ona münasibətinin dəyişdiyini demişdi. O, məsələ ilə bağlı Almaniyanın kansleri Angela Merkelə şikayət ünvanlayacağını bildirmişdi.
Mənbəmiz bildirib ki, Almaniyanın Azərbaycandakı səfiri H.Kvelle hakimiyyət və müxalifət nümayəndələri ilə əlaqə saxlayaraq ondan əl çəkməsi üçün E.Fətullayevə təsir göstərmələrini xahiş edir. Görünür, Fətullayev həqiqətən də Almaniya səfirliyi ilə bağlı vədinin üstündə duraraq cənab Kvelleyə ciddi problemlər yaradır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR