Böyük Quruluş Partiyasının (BQP) Siyasi Qurulunun iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, təşkilati işlərin gedişi və cari məsələlər müzakirə olunub.
BQP başqanı Fazil Mustafa Azərbaycan parlament nümayəndə heyətinin AŞPA-nın qış sessiyasındakı fəaliyyəti, keçirdiyi görüşlər və məruzəçi qismində qatıldığı təbirlərdən danışıb, eləcə də ölkə və dünya gündəmində yer alan mühüm ictimai-siyasi hadisə və proseslərə dair fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
İclasda ölkə ictimaiyyətinin diqqətini cəlb edən hadisələrə münasibət bildirilib. Qeyd edilib ki, ölkənin bəzi rayonlarında baş vermiş hadisələrin bir daha təkrarlanmaması üçün regionda Azərbaycana qarşı təhdidlərin ən ciddi dövrünün yaşandığı, daxildə baş verə biləcək hər hansı qarşıdurmanın xarici düşmənlərin işinə yarayacağı nəzərə alınmalıdır.
BQP həyatın bütün sahələrində insan hüquqlarına hörmətlə yanaşmağın demokratiyanın vazkeçilməz prinsipi kimi mənimsənilməsinin vacibliyini vurğulayıb, dinc nümayiş iştirakçılarına qarşı polis zorakılığını pisləyib.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR