Fəzail Ağamalı köməkçisinin ölümündən danışdı - "Sürücü o olmayıb"

Fəzail Ağamalı köməkçisinin ölümündən danışdı -
Xəbər verdiyimizi kimi millət vəkili Fəzail Ağamalının köməkçisi bu gün Salyanda baş verən ağır yol qəzasında dünyasını dəyişib. Yayılan informasiyalarda bildirilir ki, köməkçisi Həsənbala Həsənov qəzaya düşən avtomobillərdən biri "Opel”in sürücüsü olub.
Fəzail Ağamalı isə yayılan iformasiyalarda yalnışlıq olduğunu deyib: 
"Avtomobili idarə edən mənim köməkçiç olmayıb. O, "Opel”də öndə oturubmuş "Opel” də ki, taksi fəaliyyəti göstərirmiş. Taksi ilə qazel toqquşub, nəticədə H.Hüseynov aldığı baş zədəsindən dünyasını dəyişib”.
F.Ağamalı baş verən hadisədən sarsıldığını vurğulayıb.
Qeyd edək ki,, hadisə Səlyan rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. "Opel” markalı minik avtomobili qarpız daşıyan "QAZel” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində Fəzail Ağamalının köməkçisi H.Hüseynov ölüb.
aznews.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az