Fövqəladə Hallar Nazirliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Ceyranbatan su anbarında insanın batması ilə əlaqədar yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Vətəninfo.az-a verilən məlumata görə, son günlər 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun yanlış olaraq Ceyranbatan su anbarında batması və bununla bağlı müxtəlif qeyri-dəqiq fikirlər səslənməkdədir:
"Bununla əlaqədar bildiririk ki, 30 iyul 2015-ci il tarixində FHN-in "112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun batması barədə məlumat daxil olmuşdur. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal həmin şəxsin axtarışına başlanılmışdır. Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, 1 avqust 2015-ci il tarixindən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdirmişlər. Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər”.
Nazirlik bildirir ki, axtarış işlərinin gedişi və nəticəsi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək:
"Əlavə olaraq bildiririk ki, Ceyranbatan su anbarı FHN tərəfindən ən müasir texnologiyalar tətbiq edilməklə yüksək səviyyədə mühafizə olunur və anbarın ərazisinə hər hansı kənar şəxsin daxil olması və ya çimməsi qeyri-mümkündür”
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri