Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb. APA-nın FHN rəsmi saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Pirsaat stansiyasında dəmiryolu qəzası baş verib. Məlumatda qeyd olunur ki, Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xəttdən çıxıb və onlardan 3-ü aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN-nin məlumatında həmçinin qeyd olunur ki, aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanıb. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunub.
Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir. Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR