“Fransanın prezident seçkilərində Nikola Sarkozinin qalib gəlməyəcəyi əvvəlcədən bəlli idi”.
Bu sözləri “Vətəninfo.az”a açıqlamasında Azərbaycan Demokratik Sol partiyasının sədri Elşən Manafov bildirib.
Onun sözlərinə görə, Fransanın tarixində belə bir hadisə olmamışdı ki, prezident seçkilərin birinci turunda uduzsun.
“Sarkozinin seçkilərdə qalib gəlməməsini əvvəlcədən proqnozlaşdıran müəyyən amillər var. O amillərdən birincisi, Sarkozinin dövründə həyata keçirilən pensiya islahatları idi”-deyə E.Manafov bildirib.
O qeyd etdi ki, ölkədə əhalidən pensiyaya çıxmaq üçün qirx il iş təcrübəsi tələb olunurdu və pensiyaya yaş həddi 67 yaş müəyyən olunmuşdu.
“Təbii ki, bu da əhali arasında narazılıq doğururdu”-deyə o əlavə edib.
“Sarkozinin Avropa Birliyi ilə , xüsusən Almaniya ilə əlaqələrini genişləndirməsi,fransızlar tərəfindən birmənalı qəbul olunmurdu”-deyə o vurğuladı.
“Sarkozinin Fransanı yenidən NATO-ya qaytarması da xeyli narahatlıq doğuran məsələlərdən idi. Sarkozi millətçilərin dəstəyini buna görə də qazana bilmədi”.
“Fransa Sosialist Partiyasının mövcud iqtisadi reallıqları, seçkilərdə Sarkozinin deyil, başqa birinin seçilməsini təmin etmiş oldu” –deyə o əlavə edib.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR