"Vətəninfo.az" "musavat.com"a istinadən bu xəbəri verir.
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb. Məlumata görə, oğruların hədəfi yenə də “Jiquli”lər olub. Qeyd edək ki, Nəsimi polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan 26 yaşlı Məmmədov Royal Bilal oğlu və 20 yaşlı Beydullayev Amin Məmməd oğlu paytaxtın Nəsimi rayonunda bir avtomaşının təkərinin oğurlunmasına cəhd etdikləri zamanı ələ keçsələr də, sonrakı araşdırmalar həmin şəxslərin buna bənzər bir neçə əməllərini də üzə çıxarıb.
Aminlə Royalın səmimi etirafına görə, ümumilikdə onlar yeddi bu cür fakta imza atıblar. Hər dəfə də maşınlardan maqnitofon, işıqlar və ya təkərlər götürülüb. Oğurluqların biri isə Bakının Binəqədi rayonundan edilib.
Məlumat üçün bildirək ki, 20 yaşlı Amin Beydullayev silahlı qüvvələrin baş inspeksiyasının rəisi general mayor Məmməd Beydullayevin oğludur.
Faktla bağlı isə hər iki şəxs barəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR