“Gərək əndazəmizdən çıxmayaq"
Aparıcı Zaur Kamal "5/5" verilişinə çağırdığı məşhurlara əvvəlcədən xəbərdarlıq etdiyini bildirib.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, o, hətta onların geyiminə də müdaxilə olunduğunu etiraf edib:
"Gərək
əndazəmizdən çıxmayaq. Çalışırıq qədərində gözəl şou, əyləncə təqdim
edək. Bəzi aparıcılar şou göstərir, nələrsə edir, camaat elələrinə
dişinin dibindən çıxanı deyir. Verilişə gələn müğənnilərə deyirik ki,
özünüzü elə aparın həddindən çıxmayın. Abırlı-ismətli geyinin. Əks halda
aləm bir-birinə qarışır”.