ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın azərbaycanlı girovlarla bağlı ikili münasibətinə baş nazirin müavini Əli Həsənov da öz reaksiyasını bildirib.
ANS TV-nin məlumatına görə, jurnalistlərə müsahibəsində Əli Həsənov girovların qaytarılması məsələsində Rusiyanın da fəaliyyətsizliyini pisləyib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyi ilə maraqlanacağı barədə etdiyi açıqlamaya ötən gün Rəsmi Moskvadan cavab gəlib. Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç jurnalistlərə açıqlamasında bildirib ki, nazir Sergey Lavrovun da dediyi kimi, bu məsələ ikitərəfli şəkildə erməni həmkarlarımızla müzakirə olunacaq.
Baş nazirin müavini Əli Həsənov isə bildirib ki, Azərbaycanlı girovlarla bağlı ikili münasibət var.
“Çox təssəüf edirik ki, erməni tərəfi heç bir razılığa gəlmir və gəlmək istəmir. Ona görə Rusiya tərəfinə həmin vətəndaşların buradakı nümayəndələri Rusiya prezidentinə müraciət etdilər. Dilqəm Rusiya vətəndaşdır. Şahbaz Quliyevin isə yoldaşı Rusiya vətəndaşdır. Yəni milliyətcə rusdurlar. Rusiya istəsə öz vətəndaşalarına sahıb çıxa bilər. Ektsradisiya məsələsini mən müzakirə etdim. Rusiya istəsə ekstaridisiyə tələbini qoya bilər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR