“Girovlarımızın azad olunmasını istəyiriksə..."
Kəbəcərdə Ermənistan ordusu tərəfindən
girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovu qaytarmaq
istəyiriksə, iki erməni generalını Azərbaycana gətirməliyik. Belə olan
halda işğalçı ölkə soydaşlarımızı azad edəcək”.
Vətəninfo.az AİM.Az-a istinadla xəbər verir ki, sabiq millət vəkili Əlövsət Ağalarov girovlarımızın
aqibətindən danışarkən deyib. Onun sözlərinə görə, heç bir hərbi
kəşfiyyatın etmədiyini girovlarımız ediblər:
"Bunu
Ermənistan da bilirdi. Bu səbəbdən onları sadə erməniyə dəyişməzlər.
Bunun üçün qəhrəman oğullarımız erməni generallarından bir neçəsini
ölkəmizə gətirməlidir. Çünki separatçı rejim yalnız generallarının
xətrinə girovlarımızı özmümüzə qaytaracaq”.
Müsahibimizin fikrincə, girovlarımızın azad olunması üçün Rusiyadakı soydaşlarımız da fəallıq göstərməlidir:
"Orada
2 milyona yaxın həmyerlimiz yaşayır. Onlardan 50 mini Kremlin
qarşısında piket təşkil edib, girovlarımıza azadlıq tələb edə bilərlər.
Bundan başqa D.Əsgərov Rusiya vətəndaşıdır. Heç olmasa Moskvadan
vətəndaşına sahib çıxmasını tələb edə bilərik. Məncə, Rusiya istəsə,
onları 2 dəqiqənin içərisinndə alıb, Azərbaycana təhvil verər”.
Prosesin
çox uzandığını söyləyən Ə.Ağalarov diqqətə çatdırır ki, girovlarımıza
çox ciddi mənəvi və fiziki təzyiqlər göstəririlər:
"Onların səhhəti də normal deyil. Bu səbəbdən girovlarımzın ölkəmizə gətirilməsinə dair prosesləri ertələmək lazmdır”.
Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin fəaliyyətinə toxunan həmsöhbətimiz deyib ki, bu qurum da ciddi iş görə bilmir:
"Bu
cəmiyyətlə görüşüb, təkliflərimizi verdik. Onlar da arada gedib
girovlarımızla görüşürlər. Qurumdan kimsə gedəndə girovlarımızı bəzəyib
ortaya çıxardırlar. Özlərinə də deyirlər ki, yaxşı olduqlarını
söyləsinlər. Onlar da yalandan yaxşı olduqlarını dilə gətirirlər.
Bilirlər ki, elə deməsələr, nümayəndələr gedəndə sonra onlara daha ağır
işgəncələr verəcəklər. Bu mənada girovlarımızın işinə dair ciddi
addımlar atılmalıdır”.
Girovlarımıza qurulan "məhkməyə” gəlincə, həmsöhbətimiz vurğulayıb ki, bu tamamilə qanunsuzdur:
"Qondarma bir işdir. Onun qərarını heç kim tanımır. Tamamilə saxta və şou xarakterli prosesdir”.
Müsahibimizin fikrincə, girovlarımızın və torpaqlarımızın azad olunması üçün müharibə başlamalıdır:
"Dilqəm
gillə bərabər, toropaqları da azad etməliyik. Ən əsas yol budur.
Əlbəttə, ölkə rəhbərliyi də bu haqda düşünür. Danışıqlar gedir.”
Sabiq millət vəkili Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınacağına inanmır:
"Buna heç vaxt inanmamışam, inanmayacam da. Qarabağı qanla vermişik, qanla da geri qayatarmalıyıq.”
Girovlarla
bağlı məsələyə Beynəxalq institutların laqeyd münasibət sərgiləməsindən
söz açan həmsöhbətimiz əlavə edib ki, o təşkilatlar baş qatmaqla
məşğuldur:
"Başımızın altına qoyduqları yastıq
bu 25 ildə daşa dönüb. ATƏT-in həmsədr ölkələrinin 3-ü də ölkəmizin
düşməndir. Ermənistanın işğal faktına dair BMT-nin 4 qətnaməsi var.
Avropa Ermənistandan həmin qətnamələrin icrasını niyə tələb etmir?
Aydınca görünür ki, fəaliyyətləri vaxtı uzatmaqdan ibarətdir. Vəziyyət
gərginləşəndə də bəyanat yayırlar ki, həmsədrlər münaqişəni müzakirə
edəcək. Bununla da gərginliyi azaldırlar. Onlar bizə gün ağlayan deyil”.
Ə.
Ağalarov bəyan edib ki, girovlarımızın məsələsi həmişə diqqətdə
saxlanılmalıdır və vətənpərvər mövzulara çox yer ayırılmalıdır:
"Müəyyən
səlahiyyət sahiblərinə müraciət edib, onları oyatmaq lazımdır ki, iş
görmək lazımdır. Artıq heç nəyi güzəştə getməyəcəyik. Ölkə başçısı cənab
İlham Əliyev də heç vaxt güzəşt təklifini qəbul etməyib və o iddiasında
qalıb ki, biz güzəşt edə bilmərik. Məncə, müharibəyə başlamağın
vaxtıdır”.