Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan bloqer Elnur Məcidli bildirmişdi ki, G.Əhmədovanın məlum videosunda adı hallanan Sevinc Babayeva "sabiq deputatın bağında gizlədilib".
“Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində G.Əhmədova bu iddiaları yalanladı. Dedi ki, onun bağının harada olduğunu hamı bilir və orada S.Babayeva yoxdur.
Bu arada G.Əhmədova “Yeni Müsavat”ı da ona qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham etdi: “Düz 1 ay 6 gündür sizin qəzet mənim haqqımda şər yazır. Darıxmayın, mən də danışacam. Gözləyin”.
O ki qaldı G.Əhmədova ilə bağlı aparılan istintaqın gedişinə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə "Yeni Msavat"a daxil olan elektron məktubda deyilir: “Tərəfimizdən məlumat verildiyi kimi, qeyd edilən cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları verilmişdir. Eyni zamanda hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri